...

Rusiya və Özbəkistan əfqan problemi üzrə konfrans çağırmağı təklif edir

Siyasət Materials 23 Yanvar 2009 18:02 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 23 yanvar / Trend ,müxbir Т.Jukov/ Rusiya və Özbəkistan prezidentləri əfqan problemi üzrə beynəlxalq konfrans çağırmağı təklif edib. İki dövlət başçısının fikrincə, konfrans Şanxay Əməkdaşlıq Təşkilatıın (ŞƏT) himayəsi altında keçirilməlidir.

Bu məsələlərin kollegial əsasda həll olunması üzrə anlaşma əldə olunub, - Rusiya prezidenti Dmitri Medvedyev danışıqların yekunundan sonra verdiyi mətbuat konfransında deyib. Buna görə də biz Şanxay Əməkdaşlıq Təşkilatının himayəsi altında əfqan problemi üzrə beynəlxalq konfrans çağırmağı təklif edirik".

Prezidentlərin Oksaroy iqamətgahında keçən görüşündə əfqan problemi ciddi müzakirə olunub. Rusiya prezidenti qeyd edib ki, onun və Özbəkistan prezidentinin fikrincə, Əfqanıstandakı durumu Əfqanıstan və Pakistan sərhədindəki durumu nəzərə almadan kontekstdən kənarda qiymətləndirmək olmaz"

Ən yüksək səviyyədə özbək-rus danışıqlarının yekunlarına əsasən bir sıra ikitərəfli sənədlər imzalanıb.

Məqalə müəllifi ilə əlaqə üvanı :[email protected]

Xəbər lenti

Xəbər lenti