...

İran əfqan qaçqınların deportasiyasını martadək təxirə salıb

Siyasət Materials 29 Yanvar 2009 13:21 (UTC +04:00)

Əfqanıstan, Kabil, 29 yanvar/ Trend , müxbir A.Həkimi/ İran Əfqanıstanda soyuq hava şəraiti və yaşayış yerlərinin olmaması səbəbindən əfqan qaçqınların deportasiyasını iki ay müddətinə təxirə salıb.

Əfqanıstandan olan qaçqınlar qeydiyyat sənədlərinin olmaması səbəbindən son iki ay ərzində İrandan deportasiya olunurlar. Lakin Əfqanıstanın Qaçqınlarla İş üzrə Nazirliyi bu yaxınlarda bəyan edib ki, əfqanlar martın sonunadək Tehranda qala bilərlər.

Əfqanıstan hökuməti qaçqınları yaşayış evləri ilə təmin etməyi planlaşdırır.

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissar İdarəsinin sədri Nadir Fərhad bildirib ki, əfqanlar ölkəyə qayıtmamışdan öncə öz imkanları barədə düşünməlidirlər. Onun sözlərinə görə, könüllü surətdə vətənə qayıdan hər bir mühacir 100 dollar alacaq.

Əfqanıstanın Qaçqınlarla İş üzrə Nazirlik nümayəndəsi  Şəmsəddin Fərhadın sözlərinə görə, hökumət yalnız maddi yardıma ehtiyacı olan mühacirlərə köməklik göstərəcək.

İdarənin məlumatına görə, 50 mindən artıq qaçqın ötən ay vətənlərinə qayıdıb. Hər gün təqribən iki min qaçqın İrandan, min qaçqın isə Pakistandan Əfqanıstana qayıdır.

Mühacirlərin əksəriyyətin işsizlik, yaşayış evləri və təhlükəsizliyin olmaması səbəbindən Əfqanıstandan gediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected] 

Xəbər lenti

Xəbər lenti