...

Barak Obamanın seçkiqabağı kampaniyasının keçmiş rəhbəri Azərbaycana gələcək

Siyasət Materials 6 Fevral 2009 13:17 (UTC +04:00)
Barak Obamanın seçkiqabağı kampaniyasının keçmiş rəhbəri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 06 fevral/ Trend , müxbir C.Babaeva/ Barak Obamanın seçkiqabağı kampaniyasının keçmiş rəhbəri Devid Plaf (David Plouffe) gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə cümə günü Trend -a ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə Departamentinin rəhbəri Terri Devidson bildirib.
Devidson deyib ki, Plaf Azərbaycana xüsusi şəxs qismində gələcək. O, Obama Administrasiyasında heç bir vəzifə tutmur.
ABŞ prezidentinin seçkiqabağı kampaniyasının keçmiş rəhbərini Bakıya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası dəvət edib.
Plaf səfər zamanı bir sıra görüşlər keçirəcək, Qərb Universitetinə baş çəkəcək, tələbələrlə görüşəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti