Gürcüstan, Tbilisi, 07 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Kaxa Bendukidze bundan sonra Gürcüstan hökumət dəftərxanasına rəhbərlik etməyəcək. Bu barədə jurnalistlərə Gürcüstanın yeni Naş naziri Nika Qilauri bildirib.
"Mən Bendukidze ilə müşavir kimi məmuniyyətlə işləyəcəyəm, onunla məsləhətləşəcəyəm, lakin öz dəftərxanamın rəhbəri postuna başqa namizəd görürəm", - deyə Qilauri vurğulayıb. Lakin o, hökumət dəftərxanasının yeni rəhbərinin adını açıqlamayıb.
Baş nazirin sözlərinə görə, o, Bendukidzenin peşəkarlığına şübhə etmir, onun dövlətin xeyrinə istifadə oluna biləcək ağıl və təcrübəsini qiymətləndirir.
Bununla yanaşı, jurnalistlərin bir hissəsi hesab edir ki, Qilauri hələ energetika naziri olarkən onu "axmaq" adlandıran Bendukidzedən incikliyini xatırlayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]