İranın təhlükəsizlik naziri bildirib ki, fevralın 10-da Təhlükəsizlik Qüvvələri bomba aşkarlayaraq onu zərərsizləşdiriblər.
"İranın Təhlükəsizlik Qüvvələri fevralın 10-da səhər saatlarında partladılmağa hazır bomba aşkarlayaraq onu zərərsizləşdiriblər",-deyə İranın təhlükəsizlik naziri Qulamhüseyn Möhsini Əjeyi İran İnqilabının 30-cu il dönümü münasibətilə keçirilən mitinqin sonunda jurnalistlərə müsahibəsində bildirib.
Əjeyinin sözlərinə görə, aşkarlanan bomba İran İnqilabının 30-ci il dönümü münasibəti ilə keçiriləcək mitinqdə partladılacaqmış.
İranın təhlükəsizlik naziri bombanın hansı şəhərdə aşkarlanaraq zərərsizləşdirildiyi haqda məlumat verməyib.
Əjeyi bildirib ki, İran İslam İnqilabının düşmənləri bu bombanı partlatmaqla "İran xalqını qanına qəltan etmək" istəyirdi.