...

İtaliya xarici işlər nazirinin müavini martın əvvəlində Gürcüstana səfər edəcək

Siyasət Materials 25 Fevral 2009 11:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 fevral/ Trend , müxbir N.Kirtsxaliya /

İtaliya xarici işlər nazirinin müavini, senator Alfredo Mantika martın 3-5-də Gürcüstana rəsmi səfər edəcək.

Gürcüstan XİN-dən Trend -a verilən məlumata görə, İtaliya Xarici Siyasət İdarəsi nümayəndəsinin qarşıda duran səfərinin detalları XİN-də Gürcüstanın xarici işlər naziri Qriqola Vaşadze ilə İtaliyanın Gürcüstandakı səfiri Vittorio Sandalli arasında baş tutan görüşdə müzakirə olunub.

Görüşdə iki ölkə arasında qarşılıqlı münasibətlər, Gürcüstanda baş verən son hadisələr və bir sıra digər məsələlər də müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti