...

ABŞ-ın məqsədi Yaxın Şərqdə sülhün bərqərar olmasıdır – ABŞ dövlət katibi

Siyasət Materials 4 Mart 2009 18:01 (UTC +04:00)
ABŞ-ın məqsədi Yaxın Şərqdə sülhün bərqərar olmasıdır – ABŞ dövlət katibi

"ABŞ İsrail maraqlarına uyğun müstəqil Fələstin dövlətinin yaranması üçün əlindən gələni edəcək", - Ramallahda keçirilən mətbuat konfransı zamanı ABŞ dövlət katibi Hillari Klinton deyib. 

"Barak Obama administrasiyasının əsas məqsədi fələstinlilər və israillilər arasında sülhün irəliləməsidir", - Fələstin Muxtariyyatında rəsmi səfərdə olan Hillari Klinton bildirib. 

Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasla Görüş zamanı Klinton qeyd edib ki, tərəflər arasında diskussiyalara çox vaxt sərf edilib və bundan əziyyət çəkən Fələstin xalqı olub. 

"ABŞ Fələstində humanitar fəlakətin aradan qaldırılmasında və tərəflərə uzunmüddətli sülhə nail olmaqda yardım etməyə hazırdır", - Klinton vurğulayıb. 

Lakin İsraildə hökumət formalaşmadığından regionda vəziyyət gərgin olaraq qalır. Hökuməti formalaşdırmaq hüququna isə danışıqların davam etməsinin əleyhinə çıxan "Likud" partiyasının rəhbəri Benyamin Netanyahu malik olub.

Klinton onu da əlavə edib ki, Birləşmiş Ştatlar istənilən İsrail hakimiyyəti ilə əməkdaşlıq edəcək.

"Likud"un mövqeyi barədə isə ABŞ dövlət katibi heç bir söz deməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti