...

Gürcüstanın ATƏT-dəki səfiri vəzifəsinə Paat Qaprindaşvilinin namizədliyi nəzərdə tutulub

Siyasət Materials 9 Mart 2009 16:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 mart / Trend , N.Kirtsxaliya /

"Avstriyada yerləşən beynəlxalq təşkilata, eyni zamanda ATƏT-in səfiri vəzifəsinə Paat Qaprindaşvilinin namizədliyi nəzərdə tutulub", - Gürcüstanın xarici işlər nazirinin müavini David Caloqoniya bazar ertəsi ənənəvi brifinqdə məlumat verib. 

"Bu vaxta qədər Avstriyada və ATƏT-də səfir vəzifəsini məhz Qaprindaşvili həyata keçirib", - deyə nazir müavini bildirib. Bir neçə il ərzində Qaprindaşvili Gürcüstanın müxtəlif ölkələrdə səfiri olub. Bu vəzifə, Viktor Dolidze bir ay bundan öncə vəzifəsini tərk edərək İrakli Alasaniyanın dəstəsinə qoşulandan sonra boş qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti