...

"Gürcüstan naminə alyans"ın sədri İrakli Alasaniya Rusiya ilə münasibətlərin tezliklə yaxşılaşdırılmasının tərəfdarıdır

Siyasət Materials 11 Mart 2009 17:45 (UTC +04:00)
"Gürcüstan naminə alyans"ın sədri İrakli Alasaniya Rusiya ilə münasibətlərin tezliklə yaxşılaşdırılmasının tərəfdarıdır

Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan naminə alyans"ın sədri İrakli Alasaniya Rusiya ilə münasibətlərin tezliklə normallaşdırılmasının tərəfdarıdır. "Rusiya ilə münasibətlərin addımbaddım normallaşması ən yaxın müddətdə başlanılmalıdır", - bu gün Abxaziya qaçqınları ilə görüşü zamanı Alasaniya deyib.

Onun sözlərinə görə, RF ilə münasibətlərin normallaşdırılması "Moskva tərəfindən Gürcüstan ərazilərinin boşaldılması üzrə götürülən öhdəliklərin yerinə yetirilməsinə yönəldilməlidir".

Alasaniya həm də işləyəcəyi və siyasi mübarizəni aparacağı istiqamətlərə də toxunub. "Həmçinin abxazlar və osetinlərlə də birbaşa dialoqun qurulması və onların inamının bərpa edilməsi üçün beynəlxalq proqramların tətbiqi lazımdır", - Alasaniya bildirib.

"Münaqişə zonasında gərginliyin yenidən eskalasiyasının baş verməməsi üçün beynəlxalq təhlükəsizlik təminatlarının yaradılması vacibdir", - qapalı görüşün sonunda Alasaniya əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti