...

Bu gün prezidentliyə namizədlər haqqında danışmaq çox tezdir - "Gürcüstan naminə alyans"ın lideri

Siyasət Materials 11 Mart 2009 18:45 (UTC +04:00)
Bu gün prezidentliyə namizədlər haqqında danışmaq çox tezdir - "Gürcüstan naminə alyans"ın lideri

Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan naminə alyans"ın lideri İrakli Alasaniya hesab edir ki, bu gün prezidentliyə namizədlər haqqında danışmaq çox tezdir. "Bu məsələ Gürcüstanda azad seçkilər keçirildiyi zaman qaldırılacaq", - jurnalistlərə müsahibəsində Alasaniya bildirib.

Bugünkü məqsədlər və hədəflər bəllidir - əsas odur ki, müxalif qüvvələr hakimiyyətin əvəzlənməsinin konstitusiya əsasında, dinc şəraitdə həyata keçirilməsinə razıdırlar. İndi dəqiq namizədlər haqqında danışmaq üçün çox tezdir", - deyə Alasaniya qeyd edib.  

Gürcüstanın bir neçə siyasi partiyası prezidentliyə öz namizədlərini irəli sürüblər. Məsələn, leyboristlər  Şalva Netalaşvilinin namizədliyini irəli sürüblər. Bundan savayı müxalifətin bir hissəsi parlamentin ideyasını dəstəkləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti