...

Azərbaycan Cənubi Qafqazdakı geosiyasi lider mövqeyini qorumaqda və möhkəmləndirməkdə davam edir – Strateji Araşdırmalar Mərkəzinin direktoru

Siyasət Materials 16 Mart 2009 16:20 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqazdakı geosiyasi lider mövqeyini qorumaqda və möhkəmləndirməkdə davam edir – Strateji Araşdırmalar Mərkəzinin direktoru

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycan Respublikası Prezidenti yanında Stateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyevin fikrincə, Azərbaycan Cənubi Qafqazdakı geosiyasi lider mövqeyini qorumaqda və möhkəmləndirməkdə davam edir. 

"Azərbaycan qlobal enerji bazarında aparıcı yer tutur və ABŞ-ın yeni administrasiyası Azərbaycanın geosiyasi mövqeyi ilə yanaşı, geoiqtisadi vəziyyətinə də böyük maraq göstərir", - Nuriyev bazar ertəsi Trend -a bildirib.

Oun sözlərinə əsasən, Azərbaycanın geoiqtisadi əhəmiyyəti günbəgün artır. Enerji məkanında Azərbaycan vacib yer tutur və Cənubi Qafqazda geosiyasi lider mövqeyini qorumaqda və möhkəmləndirməkdə davam edir.  

"Azərbaycanın balanslaşdırılmış, praqmatik və çoxvektorlu xarici siyasəti göstərir ki, Azərbaycan müəyyən olunmuş siyasətini dünya ictimayyətinə çatdırmağa nail olur", - Nuriyev vurğulayıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti