...

Burcanadze Avstriya prezidenti, ATƏT-in Baş katibi və Avropa komissarını Gürcüstandakı vəziyyətlə tanış edib

Siyasət Materials 17 Mart 2009 12:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 mart / Trend , müxbir N.Kirtsxalia /

"Demokratik hərəkat-Vahid Gürcüstan" Partiyasının lideri Nino Burcanadze Avstriyaya səfəri çərçivəsində ölkə prezidenti, ATƏT-in Baş katibi və Avropa komissarı Bennito Ferrero Valdner ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bağlı qapılar arxasında keçirilən görüş zamanı Burcanadze Avropa komissarına Gürcüstandakı vəziyyət və onun siyasi planları barədə ətraflı məlumat təqdim edib.

"Görüşdə Gürcüstanda baş verən və planlaşdırılan siyasi proseslərin Konstitusiya çərçivəsində inkişaf etməsinin olduqca vacib olduğu qeyd olunub. Lakin Burcanadzenin fikrincə, rəhbərliyin müxalifətə qarşı təxribat üsullarından istifadə etməsi istisna edilmir. Valdner siyasi müxalifət ilə mübarizədə hazırkı Gürcüstan rəhbərliyinin bu üsullara əl atmasından narahatlığını ifadə edib", - deyə Burcanadzenin mətbuat xidmətinin press-relizində bildirilir.

Müxalifət lideri Vyanada Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski və ATƏT-in Baş katibi Mark Peren de Brişambo ilə də görüşüb, görüşlər bağlı qapılar arxasında baş tutub.

Burcanadze Avstriya prezidenti Haynts Fişer ilə də görüşüb. Bağlı qapılar arxasında aparılan danışıqlar saat yarımdan çox davam edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti