...

Bu gün Gürcüstanda kriminal öz şərtlərini diktə edə bilməz – prezident

Siyasət Materials 31 Mart 2009 19:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan polisi köçdüyü bina kimi şəffaf olacaq", - Gürcüstan Prezidenti Mixail Saakaşvili Daxili İşlər Nazirliyinin yeni binasının açılışında qeyd edib.

Şüşədən tikilmiş bu müasir binaya Gürcüstan DİN-in əsas aparatı köçəcək.

Saakaşvili qeyd edib ki, onun əsas naliyyətlərindən biri hüquq müdafiə orqanlarının islahatı olub. Onun sözlərinə əsasən, "bu gün bu ərazi zibildən təmizləndiyi kimi, Gürcüstan da korrupsiyadan və təşkil edilmiş cinayətlərdən təmizlənib".

"Yaxın zamanlarda Avropa İttifaqının üzvü olan bir çox ölkələrdə cinayətkarlıq Gürcüstandakından altı-yeddi dəfə artıqdır", - deyə Saakaşvili bildirib. Onun fikrincə "bu cinayətkarlıqla uğurla mübarizə aparan polis islahatının nailiyyətidir".

Gürcüstan Prezidenti onu da qeyd edib ki, ölkədə elə vəziyyət yaranıb ki, əvvəllər olduğu kimi kriminal öz şərtlərini və oyun qaydalarını diktə edə bilmir.

"İxracımızın əsas hissəsini Rusiyada məskunlaşan və oradakı kriminal aləmin 90 faizini təşkil edən qanun oğrularu təşkil edir", - deyə Saakaşvili bildirib.

Prezident qeyd edib ki, artıq həftələr qətlsiz ötüşür, o hakimiyyətə gələn zaman isə həftədə 16 qətl hadisəsi baş verirdi. "Polisimiz kriminalla uğurla mübarizə aparır və əminəm ki, bu gələcəkdə də davam edəcək", - deyə Saakaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti