...

Kanadanın keçmiş Baş naziri Qazaxıstana səfər edib

Siyasət Materials 1 Aprel 2009 17:26 (UTC +04:00)

Qazaxıstan, Astana, 01 aprel / Trend , müxbir K.Arınova / 

Kanadanın keçmiş Baş naziri Jan Kreten Qazaxıstana gəlib. Bu barədə Qazaxıstan Respublikası XİN-in mətbuat xidməti məlumat verib.

"Səfər çərçivəsində kanadalı siyasətçinin Qazaxıstan iqtisadiyyatına sərmayə yatırılması imkanlarının müzakirə edilməsi məqsədilə ölkə rəhbərliyi ilə görüşü planlaşdırılır", - deyə idarənin press-relizində bildirilir.

Bundan əlavə, dünyada yaranan iqtisadi vəziyyət və digər iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı iki ölkə hökumətinin gördüyü tədbirlər müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti