...

Rusiya Gürcüstanda keçirilən NATO təlimlərinə müşahidəçi göndərməyəcək – XİN rəhbəri

Siyasət Materials 27 Aprel 2009 15:08 (UTC +04:00)
Rusiya Gürcüstanda keçirilən NATO təlimlərinə müşahidəçi göndərməyəcək – XİN rəhbəri

"Rusiya mayın 6-da Gürcüstanda start götürəcək NATO təlimlərinə müşahidəçi göndərməyəcək", - Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün Çinin XİN rəhbəri Yan Tzeçi ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Məlumatı RİA Novosti yayıb. 

NATO-nun himayəsi altında keçirilən Cooperative Longbow 09/Cooperative Lancer 09 təlimləri 6 may - 1 iyun aralığında Gürcüstanda keçiriləcək. Təlimlərdə alyansın üzvü və müttəfiqi olan 19 ölkədən 1,3 min hərbçi iştirak edəcək.

"Rusiya bu təlimlərdə iştirak etməyəcək və başqalarına da məsləhət görmür", - Lavrov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti