...

Mixail Saakaşvili bu gün Varşavada Avropa xristian-demokrat partiyalarının konqresində çıxış edəcək

Siyasət Materials 30 Aprel 2009 13:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili cümə axşamı Varşavada, Avropa xristian-demokrat partiyalarının konqresində məruzə ilə çıxış edəcək. İnterfaks-a Prezident Administrasiyasından verilən məlumata görə, Saakaşvili konqresdə birinci çıxış edəcək və Gürcüstan-Rusiya müharibəsinə öz baxışını bildirəcək.

Gürcüstan Prezidenti həmçinin hazırda ölkədə yaranan siyasi durum haqda da məlumat verəcək.

Konqres hər dörd ildən bir keçirilir. Onun işində Avropanın aparıcı siyasətçiləri iştirak edirlər.

Qeyd etmək lazımdır ki, bu gün səhər Varşavaya uçan Gürcüstanın "Xristian-Demokrat hərəkatı"nın lideri Qiorqi Tarqamadze də konqresdə iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti