İran mütəxəssisləri ilk vertolyot simulyatoru hazırlayıblar. "Vertolyot simulyatoru uçuş hissi yaradır", - İran Hərbi Hava Qüvvələri komandanı Həmid Cəmşidi bu gün "Mehr" informasiya agentliyinə deyib.
Cəmşidinin sözlərinə əsasən, simulyator "Bell-206" vertotlyot modelinin əsasında yaradılıb. "Simulyatorun yaradılmasında məqsəd pilotların müxtəlif situasiyalarda səriştəsinin artırılmasıdır. Simulyatorda uçuş yüksəkliyi və sürəti barədə məlumatlar verilir", - Cəmşidi əlavə edib.
Yaxın bir neçə ay ərzində bu tip simulyatorların kütləvi istehsalına başlanılacaq.
Aprelin ortalarında İran Müdafiə Nazirliyi yerli vertolyotların istehsalı barədə uzunmüddətli proqramın həyata keçirilməsinə başlanıldığını bildirib.