...

Polşa Prezidenti Azərbaycanda təhsil ocağında baş vermiş hadisə ilə bağlı başsağlığı verib

Siyasət Materials 5 May 2009 20:14 (UTC +04:00)

Polşa Prezidenti Lex Kaçinski aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Psixi cəhətdən qeyri-sabit şəxsin Bakı təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Neft Akademiyasına basqını nəticəsində baş vermiş və coxsaylı gənc insanın həyatına son qoymuş faciə haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım. Günahsız insanların ölümü hamımızı sarsıtdı", - başsağlığında deyilir. 

Polşa Prezidenti bütün Polşa xalqı adından faciə zamanı həlak olanların ailələrinin dərdlərinə şərik olduğunu, bu faciəli hadisə nəticəsində yaralananların qısa bir zamanda sağalmasını arzuladığını bildirib.

Xəbər lenti

Xəbər lenti