...

Azərbaycan üzrə məruzə iyunun 5-də müzakirə olunacaq - AŞ PA-nın vitse-prezidenti

Siyasət Materials 6 May 2009 14:33 (UTC +04:00)
Azərbaycan üzrə məruzə iyunun 5-də müzakirə olunacaq - AŞ PA-nın vitse-prezidenti

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir C.Babayeva /

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həmməruzəçilərinin Azərbaycan üzrə məruzəsi iyunun 5-də müzakirə olunacaq", - çərşənbə günü jurnalistlərə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri, strukturun vitse-prezidenti Səməd Seyidov məlumat verib.

"Məruzə AŞ PA-nın Monitorinq Komitəsinin iyunun 5-də Parisdə keçriləcək növbəti iclasında müzakirə olunacaq", - Seyidov bildirib.

"AŞ PA həmməruzəçiləri Andreas Herkel və Yevgeniya Jivkovanın tam məruzəsi bu ilin sonunda, yaxud gələn ilin əvvəlində hazır olacaq", - o qeyd edib.

"AŞ PA-nın yaz sessiyası zamanı Azərbaycanın nümayəndə heyəti AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə yeni təyin olunmuş həmməruzəçisi ilə görüşməyib", - Seyidov məlumat verib.

"Azərbaycan yeni məruzəçinin təyin edilməsinin düzgün olmadığını və bunun obyektiv meyarlara uyğun olmadığını hesab edir", - o qeyd edib.

AŞ PA Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi kimi alman deputat Kristofer Ştrasseri təyin edib. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Azərbaycanda siyasi məhbusların olmadığını bildirərək bu təyinatla razılaşmır.

Xəbər lenti

Xəbər lenti