...

Azərbaycan paytaxtında ali məktəblərin saxta diplomlarını satan şəxslər saxlanılıb

Siyasət Materials 13 May 2009 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtında ali məktəblərin saxta diplomlarını satan əvvəl məhkum olunmuş şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Xanlar Kərimov və Adil Xudayarov Məmmədov Emil Xanlar oğlunun adına Tibb Universitetini və Axundov Elqar İmran oğlunun adına Neft Akademiyasını bitirmələri barədə saxta diplomlar hazırlayaraq, hər birini 350 manata satmaq istəyiblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti