...

Avropa Komissiyası Pakistanda zərərçəkmiş insanlar üçün yardım ayırır

Siyasət Materials 14 May 2009 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir Y.Оstapenko /

"Avropa Komissiyası (AK) Pakistandakı hərbi əməliyyatlar zamanı zərərçəkmiş insanlar üçün 5,5 milyon avro həcmində fövqəladə humanitar yardım ayırır", - Aİ-nin cümə axşamı yayılmış məlumatında deyilir.

"AK ən zəruri tələblərin ödənilməsi üçün 5,5 milyon avro ayırır və ehtiyac olduqda öz köməyini göstərməyə hazırdır", - inkişaf və humanitar yardım məsələləri üzrə Avropa komissarı Lui Mişel deyib.

Maliyyə yardımının ayrılması layihəsi üzrə məsuliyyət daşıyan Mişel, Pakistandakı əhalinin ağır durumu ilə bağlı narahatlığını dilə gətirib.

"Svat dərəsində və ölkənin digər rayonlarındaki döyüş əməliyyatlarının fəallaşması nəticəsində Pakistan nəinki ümumi təhlükəsizlik problemi, həm də humanitar təhlükə ilə üz-üzədir, - Mişel deyib. - Yüzminlərlə insanın təcili yardıma ehtiyacı var".

"Svat dərəsindən ilin əvvəlindən bu yana yarım milyona yaxın insan köçürülüb və yaxın günlərdə onların sayının artması təhlükəsi var", - press-relizdə deyilir.

Mişelin sözlərinə görə, Pakistan rəhbərliyi əhaliyə yardım etmək üçün əllərindən gələni əsirgəmir.

"AK-nın yardımı tamamilə neytrallıq və qərəzsizlik prinsiplərinə uyğun olaraq təqdim edilir və əsasən insanların müdafiəsi və onların mənzil, qida, məişət əşyaları (məsələn, geyim və qab-qacaq) və tibbi yardım kimi humanitar tələbatlarının ödənilməsinə yönəldilir. Bəzi yerlərdə bu, insanları həm də içməli su və sanitar xidmətlərlə təmin etməyə kömək edə bilər", - məlumatda bildirilir.

Bütün ayırmalar AK-nın humanitar şöbəsi çərçivəsindədir. Layihələr fövqəladə yardımın göstərilməsi üzrə QHT-lər, BMT-nin xüsusi qurumları, Qırmızı Xaç və Qırmızı Aypara təşkilatları vasitəsilə həyata keçirilir.

Pakistan rəhbərliyi mayın 7-də Svat dərəsində fəaliyyət göstərən taliblərə qarşı hərbi əməliyyatlara başlamaq haqqında qərar qəbul edib. Bu, ekstremistlərin İslamabadın bu rayonlarda şəriət qanunlarına razılıq verməsinə baxmayaraq, taliblər tərəfindən Svatla qonşu rayonların ələ keçirilməsindən sonra baş verib. Hərbi əməliyyatlar hələ də davam etdirilir.

BMT-nin qaçqınlarla iş üzrə komissiyası - UNHCR-in məlumatına görə, Pakistan qoşunları hücumunun davam etdiyi Svat dərəsindən yarım milyondan çox insan köçürülüb.

"Taliban" hərəkatı Pakistanda İslam dövlətinin qurulması və 2001-ci ildən Əfqanıstanda yerləşən xarici qoşunların oradan çıxarılması uğrunda mübarizə aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti