...

Azərbaycan Prezidenti Macarıstan Parlamentinin Avropa İşləri üzrə komitəsi sədrini qəbul edib

Siyasət Materials 19 May 2009 17:34 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Macarıstan Parlamentinin Avropa İşləri üzrə komitəsinin sədri Matyas Eörşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkəmizin regionda lider dövlətə çevrildiyini bildirən komitə sədri "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın ölkəsi ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev "Şərq tərəfdaşlığı" proqramının Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etməsinə şərait yaradacağına əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti