...

Azərbaycanda ağacların kəsilməsi halları əhəmiyyətli dərəcədə azalıb – nazir

Siyasət Materials 23 May 2009 12:45 (UTC +04:00)
Azərbaycanda ağacların kəsilməsi halları əhəmiyyətli dərəcədə azalıb – nazir

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir C. Babayeva /

Azərbaycanda ağacların kəsilməsi halları əhəmiyyətli dərəcədə azalıb. Bu barədə şənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

"Nazirlik ağacların kəsilməsi probleminin mahiyyəti barədə ictimaiyyəti məlumatlandırmağa hələ nail olmayb. İnsanlar və KİV-in problemin mahiyyətini anlamadan fikir bildirməsi təhlükə yaradır. Təhlükə nəticədə problemin əsas günahkarının bir kənarda qalmasındadır və buna görə o, ittiham obyekti olmur", - deyə Bağırv bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev özəl obyektlərin və evlərin tikintisi üçün ərazilərin boşaldılması zamanı ağacların kəsiləmsini qadağan edib. Bu barədə dövlət başçısı apreldə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, ağac yalnız dövlət layihəsinin reallaşdırılması, yolların genişləndirilməsi və bu kimi hallar zamanı kəsilə bilər.

Nazir obyekt tikintisi üçün sərəncamla ayrılan torpaq sahlərində ağacların zərər çəkməməsi üçün Nazirliyin məsələ qaldırdığını bildirib.

"Özəl şəxslərin torpaq sahələrində ağaclar qanunsuz olaraq kəsilir. Özəl şəxslər bunu yerli icra orqanlarının torpaq sahəsini konkret şərtlərlə ayırmaması ilə izah edirlər", - deyə Bağırov bildirib.

Apreldə Azərbaycanda yaşıllaşdırma üçün 11 ərazi müəyyən edilib. İki il ərzində üç milyon ting əkiləcək. Ağaclar paytaxtın Qaradağ, Suraxanı, Sabunçu, Abşeron, Binəqədi və Əzizbəyov rayonlarında əkiləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti