İlkin məlumatlara görə, Özbəkistanın Xüsusi Xidmət Şöbəsi və Daxili İşlər Nazirliyinin Xanabad Şəhər Şöbəsinin yerləşdiyi binaya hücum Özbəkistanın İslam Hərəkatının üzvləri tərəfindən təşkil edilib. Bu barədə "İnterfaks"a telefonla Daşkəndin güc strukturlarındakı mənbə məlumat verib. Onun sözlərinə görə, çərşənbə axşamı gecə Xanabad milis şöbəsinə və Milli Təhlükəsizlik Xidmətinə, ilkin məlumatlara görə, qaçmağa nail olan Özbəkistan İslam Hərəkatı döyüşcüləri tərəfindən hücüm edilib.
Agentlik sözçüsü əlavə edib ki, hər iki idarə bir binada yerləşir. Onun sözlərinə görə, hücum edənlər 20 nəfər deyil, təxminən 5 nəfər olub. Bu barədə bəzi kütləvi informasiya vasitələri xəbər yayıb.