...

İranın Lorestan əyalətində beş yeraltı təkan qeydə alınıb

Siyasət Materials 27 May 2009 10:35 (UTC +04:00)
İranın Lorestan əyalətində beş yeraltı təkan qeydə alınıb

İranın Lorestan əyalətinin Brucerd şəhəri ətrafında beş yeraltı təkan qeydə alınıb. İki dəfə - 4.8 və 4.1 bal gücündə, 3 dəfə isə zəif yeraltı təkanlar qeydə alınıb. Lorestan əyalətinin bəzi yaşayış yerlərində əhali gecəni kücələrdə keçirməyə məcbur olub. Bu barədə MEHR xəbər agentliyi məlumat verib.

Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, ilk yeraltı təkan Brucerd şəhərində Oşteryan qəsəbəsi ətrafında 12 ballıq cədvəl üzrə 4.8 bal gücündə səhər saat 4:22-də baş verib. İkinci yeraltı təkan 4.1 bal gücündə səhər saat 4:40 dəqiqədə yenidən Oşteryan, Brucerd və Xorrəmabad şəhərlərində hiss olunub. Sonrakı üç yeraltı təkanlar həmin şəhərlərdə zəif hiss olunub.

"Gecə saatlarında əyalətdə beş yeraltı təkan hiss olunub. Hazırda zəlzələ nəticəsində tələfat və dağıntıların olub-olmaması araşdırılır. İlkin araşdırmalara görə, hələlik dağıntı və xəsarət alan yoxdur", - deyə İranın Lorestan əyaləti Fövqəladə Hallar Təşkilatının sədri Rza Aryayi bildirib.

Xəbər lenti

Xəbər lenti