...

Azərbaycan Prezidenti Suriyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 3 İyun 2009 17:19 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Suriyanın xarici işlər naziri Valid əl-Muallemin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı bu yaxınlarda Azərbaycanın Suriyada səfirliyinin açılmasının əlaqələrin inkişafı istiqamətində vacib amillərdən biri olduğunu bildirib.

Xarici işlər naziri Valid əl-Muallem Azərbaycana ilk dəfə 2006-cı ildə səfər etdiyini, ötən dövr ərzində ölkədə yüksək nailiyyətlərin əldə olunduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti