...

Aİ və "Şərq tərəfdaşlığı" ölkələri arasında bərabərhüquqlu səviyyədə danışıqlar olub – Azərbaycanın Belçikadakı səfiri

Siyasət Materials 6 İyun 2009 12:01 (UTC +04:00)
Aİ və "Şərq tərəfdaşlığı" ölkələri arasında bərabərhüquqlu səviyyədə danışıqlar olub – Azərbaycanın Belçikadakı səfiri

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir Y.Ostapenko /

Cümə günü Brüsseldə keçirilən "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı və tərəfdaşlar arasında ilk dəfə olaraq çoxtərəfli danışıqlar olub və orada qarşılıqlı maraq kəsb edən məsələlər təfsilatı ilə müzakirə edilib. Bu barədə Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov məlumat verib.

"Müzakirələr bərabərhüquqlu formada aparılıb. Qarşılıqlı maraq kəsb edən məsələlər üzrə bərabərhüquqlu dialoq keçirilib", - cümə günü səfir Brüsseldən Trend -a bildirib.

Polşa və İsveçin təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən hazırlanmış və rəsmi olaraq Aİ-nin mayda keçirilmiş Praqa sammitində fəaliyyətə başlayan "Şərq tərəfdaşlığı" proqramına Azərbaycan, Gürcüstan, Belarus, Ukrayna, Ermənistan və Moldova daxildir. "Şərq tərəfdaşlığı" Aİ ilə iqtisadiyyat və siyasət sferalarında daha sıx əməkdaşlığı nəzərdə tutur.

"Şərq tərəfdaşlığı" iştirakçıları ilə əməkdaşlıq 4 platforma üzrə həyata keçirilir. Hər həftə bir platforma Brüsseldə Aİ və proqram iştirakçılarının birgə toplantısında müzakirə ediləcək ", - səfir bildirib.

Dünənki iclasın mövzusu 1-ci platforma - "Demokratiya, effektiv idarə və stabillik" - olub.

"İclasda biz bütün platformalar üçün ümumi qaydaları və prosedur qanunları müzakirə etdik, sonra isə təsdiqlədik.", - səfir bildirib.

Onun sözlərinə görə, dünənki platforma üçün 3 əsas problemi qeyd etmək olar: demokratiya və insan hüquqları; ədalət, azadlıq və təhlükəsizlik; daxili təhlükəsizlik, qeyri qanuni miqrasiya, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq.

Gələn həftə "İnsanlar arasında əlaqələr" platforması müzakirə ediləcək, sonra isə "Energetika təhlükəsizliyi". İyunun 26-na isə "İqtisadi inteqrasiya və Aİ siyasətinə uyğunluq" platformasının müzakirəsi planlaşdırılır.

"Nümayəndə heyətləri səfirlər səviyyəsində təmsil olunublar", - Eyyubov deyib. Toplantı Avropa Komissiyasının sədrliyi altında keçirilir. Növbəti toplantılarda Bakıdan mütəxəssislər iştirak edəcək.

"Hər bir platforma üzrə işçi qruplarının yaradılması nəzərdə tutulur və onlar panel adlandırılacaq", - Eyyubov deyib. Bu panellər çərçivəsində konkret layihə və istiqamətlər müzakirə ediləcək. Səfirin sözlərinə görə, bu, təcrübə mübadiləsi , Avropa İttifaqının yaxşı təcrübəsi, seçki standartlarına həsr edilmiş seminarlar, kütləvi informasiya vasitələri sahəsində qanunvericilik, korrupsiya ilə mübarizə, dövlət idarəsi, dövlət sektorunda islahatlar ola bilər. Mütəxəssislərin müxtəlif panellər üzrə işinin payızda başlaması gözlənilir.

Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələri arasında viza rejiminin liberallaşdırılması məsələsinin müzakirəsi gözlənilir. "Viza rejiminin liberallaşdırılması məsələsində irəliləyişlərin əldə olunması üçün əsas şərtlərdən biri readmissiya haqqında qanunun olmasıdır", - səfir məlumat verib. O, həmçinin əlavə edib ki, bu məsələnin avropalı həmkarları ilə müzakirəsi gözlənilir.

"Aİ və "Şərq tərəfdaşlığı" ölkələri arasında viza rejiminin sadələşdirilməsi məsələsi birmənalı deyil", - Eyubov hesab edir.

"Viza rejiminin sadələşdirilməsi məsələsində Avropa Komissiyası çox uzağa getməyə hazırdır. Uzunmüddətli məqsəd vizasız rejim imkanlarının müzakirə edilməsidir", - o deyib.

Lakin hər bir Aİ ölkəsinin bu məsələyə öz yanaşma tərzi var. Məsələn, Niderland, Almaniya, Portuqaliya bu məsələni ikitərəfli qaydada həll etməyə üstünlük verirlər.

"Yaxın həftələrdə keçiriləcək hər bir platformanın müzakirəsinin yekunlarına görə, hər hansı bir sənəd imzalanmayacaq", - Eyyubov bildirib. Onun sözlərinə görə, bu, sadəcə "ilk nişanlardır" və onların əsasında Avropa Komissiyası konkret layihələr hazırlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti