...

Vaşinqtonda ABŞ-ın Xəzər regionundakı siyasəti müzakirə ediləcək

Siyasət Materials 6 İyun 2009 13:26 (UTC +04:00)
Vaşinqtonda ABŞ-ın Xəzər regionundakı siyasəti müzakirə ediləcək

Azərbaycan, Bakı, 06 iyun / Trend /

"İyunun 23-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin Avrasiyanın enerji məsələləri üzrə xüsusi səlahiyyətli nümayəndəsi Riçard Morninqstarın iştirakı ilə səhər brifinqi keçiriləcək", -  Azərbaycan-ABŞ Ticarət Palatasının (USACC)press-relizində deyilir.

Morninqstar özünün yeni proqramının parametrləri və Xəzər regionunda enerji məsələlərinə öz baxışlarını bölüşəcək.

USACC müstəqil, qeyri-kommersiya təşkilatıdır. Vaşinqtonda təsis edilib. Məqsədi ABŞ və Azərbaycan arasında iqtisadi və iş əməkdaşlığının inkişafı və ona yardım etməkdir.

Missiya Azərbaycan şirkətlərinə ABŞ şirkətləri ilə uzunmüddətli tərəfdaşlıq qurmağa kömək etmək və Azərbaycanın dəyərli kənd təsərrüfatı məhsullarına potensial müştərilər və etibarlı alıcılar müəyyən etmək üçün təşkil edilib. Öz növbəsində ticarət missiyası Amerika şirkətlərinə özünün müasir texnologiyalarını Azərbaycanın ərzaq və kənd təsərrüfatı sahələrində aparıcı şirkətlərə təklif etmək imkanı yaradır.

Xəbər lenti

Xəbər lenti