...

Yaxın zamanlarda hərbçilərə ipoteka kreditinin verilməsi müsbət həll olunacaq – Azərbaycanın birinci vitse-spikeri

Siyasət Materials 9 İyun 2009 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın birinci vitse-spikeri bildirib ki, yaxın zamanlarda hərbçilərə ipoteka kreditinin verilməsinə başlanılacaq.

"Ali Baş Komandanın orduya göstərdiyi diqqətin nəticəsi olaraq yaxın zamanda hərbçilərə ipoteka krediti verilməsi məsələsi də müsbət həll olunacaq", - Trend -un məlumatına görə, bu barədə parlamentin çərşənbə axşamı keçirilən iclasında birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Bu ilin iyunun 1-dən etibarən Azərbaycan İpoteka Fondu (AİF) dövlət ipoteka kreditləşməsini bərpa edib. Müvəkkil kredit təşkilatları tərəfindən veriləcək ipoteka kreditlərinin şərtlərinə kreditin yalnız Azərbaycan vətəndaşlarına və yalnız Azərbaycan manatı ilə (50 min manatdan çox olmamaq şərti ilə) verilməsi, müddəti 3 ildən 25 ilədək, illik faiz dərəcəsi isə 8%-dən çox olmaması, kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmaması, ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borc alanın (borc alanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmaması, borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanması, kreditin son ödəniş tarixinə borc alanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmaması, kredit yaşayış sahəsinin ipotekası ilə təmin olması, ipoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi və kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməsi daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti