...

Gürcüstan DİN dünənki insidentdə iştirak edən əməkdaşlarını cəzalandırıb

Siyasət Materials 16 İyun 2009 16:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan DİN Tbilisi Polisi Baş İdarəsi qarşısında baş vermiş insidentlə bağlı xüsusi bəyanat yayıb.

"İyunun 15-də, Tbilisi Polisi Baş İdarəsi qarşısında baş vermiş insidentlə bağlı olaraq, Gürcüstan DİN-in Baş Müfəttişliyi daxili təhqiqat aparıb və təhqiqat nəticəsində iki əməkdaşa ciddi təhmət, dörd əməkdaşa töhmət verilib, üç əməkdaşın səlahiyyətləri təhqiqatın başa çatmasına qədər dayandırılıb", - bəyanatda deyilir.

"Gürcüstan DİN Tbilisi PBİ-nin qarşısında işləyən jurnalistlərdən "peşəkar vəzifə borclarının maneəsiz yerinə yetirilmələrini tam təmin edə bilmədiklərinə görə" üzr istəyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti