...

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası "QHT-lər haqqında" qanunla bağlı dəyişiklikləri müzakirə edib

Siyasət Materials 17 İyun 2009 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun  / Trend /

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, şura üzvləri Sahib Məmmədov və Əliməmməd Nuriyev "QHT-lər (ictimai birliklər və fondlar) haqqında" Qanuna təklif edilən dəyişiklikləri müzakirə etmək üçün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov və Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini Ceyhun Qaracayevlə görüşüblər.

Görüşdə əlavə və dəyişikliklərin müəllifi Əli Hüseynovun müvafiq arayışı dinlənilmiş və maddələr üzrə bütün təkliflər müzakirə edilib. Daha sonra əlavə və dəyişikliklərlə bağlı Şuranın rəy və təklifləri komitə sədrinın diqqətinə çatdırılıb. Şuranın təqdim etdiyi rəy və təkliflərin işçi qrupu tərəfindən diqqətlə araşdırılacağını bildirən Əli Hüseynov bu görüşün faydalı olduğunu bildirib.

Sonda QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Milli Məclis ilə Şura arasında müzakirələrin davam etdirilməsi haqqında razılıq əldə edilib.

Xəbər lenti

Xəbər lenti