...

Azərbaycan Prezidenti Braziliyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 22 İyun 2009 15:01 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi  Braziliyanın ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paulo Antonionun etimadnaməsini qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Braziliyanın ölkəmizdə səfirinin təyin olunmasını Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi qiymətləndirib. Prezident iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu bildirib və bundan istifadə etməyin vacibliyini vurğulayıb.  

Səfir Paulo Antonio iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi-iqtisadi sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib və Azərbaycanda diplomatik fəaliyyəti müddətində əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti