...

İrandakı hadisələrə qarşı etiraz aksiyaları bütün dünya üzrə iyunun 26-da keçiriləcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 İyun 2009 17:11 (UTC +04:00)

"İranda demokratiyanın məhdudlaşdırılmasına qarşı etiraz aksiyalarının keçirilməsi bütün dünya üzrə iyunun 26-na təyin edilib. Sıralarında 170 milyondan çox insanın olduğu tədbirlər dörd ümumdünya həmkarlar birliyi tərəfindən təşkil edilir", - Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (The International Transport Workers' Federation) press-relizində deyilir.

Nümayişlər İranın Ankara, Banqkok, Brüssel, Kanberra, Cenevrə, Cakarta, London, Madrid, Nyu-Dehli, Oslo, Haaqa, Tokio, Toronto və Vellinqtondakı səfirlik-konsulluqlarının qarşısında keçiriləcək. Bu tədbirlərlə yanaşı, digər ölkələrin həmkarlar təşkilatları iranlı nümayişçilərə dəstək məqsədi ilə müxtəlif aksiyalar keçirməyi planlaşdırır.

Beynəlxalq Həmkarlar Konfederasiyası (International Trade Union Confederation), Beynəlxalq Təhsil Təşkilatı (Education International), Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası, Ərzaq və Tütün Sənayesi İşçilərinin Beynəlxalq İttifaqı (International Union of Food and Tobacco Workers) İranda hüquqların pozulmasına qarşı və ədalətin bərpa olunması məqsədi ilə bütün işçi qüvvəsini həmin gün aksiyalarda iştirak etməyə çağırıb. Beynəlxalq təşkilat "Amnesty International" aksiyaların keçirilməsinə dəstək verir.

Xəbər lenti

Xəbər lenti