...

Azərbaycan Prezidenti Qəmər Adaları İttifaqının Prezidentinə başsağlığı verib

Siyasət Materials 30 İyun 2009 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend /  

Azərbaycan Prezidenti İlham Əliyev Qəmər Adaları İttifaqının Prezidenti Əhməd Abdulla Məhəmməd Sambiyə "Yəmən Hava Yolları" şirkətinə məxsus A310 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda ölkə vətəndaşının həlak olması ilə bağlı başsağlığı ünvanlayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Qəza nəticəsində həmvətənlərinizin həlak olması xəbərindən olduqca kədərləndim. Bu faciə ilə əlaqədar, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti