...

ABŞ-Rusiya münasibətlərini möhkəm təməl üzərində qurmaq olar - Prezident Obama (ƏLAVƏ)

Siyasət Materials 7 İyul 2009 16:50 (UTC +04:00)
ABŞ-Rusiya münasibətlərini möhkəm təməl üzərində qurmaq olar - Prezident Obama (ƏLAVƏ)

Rusiya və ABŞ bütün problemləri həll edə bilməz, lakin hər iki ölkənin möhkəm təməl üzərində münasibətlər qurmaq imkanları mövcuddur. Bu barədə çərşənbə axşamı ABŞ Prezidenti Barak Obama bəyan edib.

"Düşünürəm ki, Rusiya-Amerika münasibətlərini möhkəm təməl üzərində qurmaq imkanlarımız mövcuddur", - Obama RF-nin baş naziri Vladimir Putinlə görüş zamanı bildirib. Bu barədə RİA Novosti yazır. 

"Ola bilsin ki, biz bütün məsələlərdə razılığa gələ bilməyəcək, lakin biz qarşılıqlı hörmət, Rusiya və Amerika xalqlarının maraqları nöqteyi nəzərindən yanaşaraq müzakirələr aparacağıq", - deyə Obama bildirib.

O, Putinə onunla görüşmək üçün vaxt ayırdığına görə minnətdarlığını bildirib.

"Dünən Prezident Medvedev ilə yaxşı müzakirələrimiz olub", - ABŞ Prezidenti bildirib.

"Mənim əvvəl Prezident olarkən, hazırda isə Baş nazir vəzifəsində çalışaraq rus xalqı üçün etdiyiniz gözəl işlər haqqında məlumatım var ", - Obama Putinə bildirib.

Vladimir Putin ötən ilin may ayında Baş nazir vəzifəsini tutub. Buna qədərsə o, səkkiz il ərzində RF-nin Prezidenti olub.

Xəbər lenti

Xəbər lenti