...

Azərbaycan və Suriya əməkdaşlığı üçün qapılar açıqdır – Bəşşar əl-Əsəd

Siyasət Materials 8 İyul 2009 16:21 (UTC +04:00)
Azərbaycan və Suriya əməkdaşlığı üçün qapılar açıqdır – Bəşşar əl-Əsəd

Suriya Prezidenti bəyan edib ki, Azərbaycan və Suriya ölkələri arasında əməkdaşlıq üçün qapılar açıqdır.

"Biz səfər başlayandan bəri hiss edirik ki, iki ölkə arasında əməkdaşlıq üçün qapılar açıqdır və bu, bizi daha da güclü gələcəyə inandırır", - Suriya Prezidenti Bəşşar əl-Əsəd Azərbaycan və Suriyanın hökumət nümayəndələrinin geniş tərkibli görüşündə bildirib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Suriya Prezidenti Azərbaycanda isti qonaqpərvərlik duyduğunu deyib.

"1990-cı illərin əvvəllərində Prezident Heydər Əliyev və Prezident Hafiz Əsədin də münasibətlərimizin inkişafı barədə böyük niyyətləri var idi. Ölkələrimiz dünya səviyyəsində strateji mövqelərə malikdir. Həm bölgədə olan ölkələrlə, həm qonşuluğumuzda olan ölkələrlə dövlətlərimizin dost və xoş münasibəti mövcuddur. Əminəm ki, bu münasibətlərin ümumən bizim vəziyyətimizə çox müsbət təsiri var", - Bəşşar əl-Əsəd əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə suriyalı həmkarının ilk səfərinin uğurlu keçəcəyinə əmin olduğunu bildirib.

"Səfər çərçivəsində imzalanacaq sənədlər və əldə ediləcək nailiyyətlər iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qalxmasına xidmət göstərəcək. Biz çox istəyirik ki, Suriya-Azərbaycan əlaqələri bütün sahələrdə genişlənsin və iki xalqa fayda versin. Əminəm ki, səfəriniz uğurlu keçəcək və gələcək münasibətlərə güclü təkan verəcək", - İlham Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti