...

İraqın Ərbil şəhərində girov götürülmüş 5 iranlı diplomat azadlığa buraxılıb

Siyasət Materials 9 İyul 2009 14:14 (UTC +04:00)
İraqın Ərbil şəhərində girov götürülmüş 5 iranlı diplomat azadlığa buraxılıb

İranın Bağdaddakı səfiri Həsən Kazimi Qummi bildirib ki, İraqın Ərbil şəhərində girov götürülmüş 5 iranlı diplomat azadlığa buraxılıb. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

"ABŞ qüvvələri tərəfindən girov götürülmüş 5 iranlı diplomat azadlığa buraxılıb. İranlı diplomatlar İraqın Baş naziri Nuri əl-Maliki ilə görüşdükdən sonra İranın Bağdaddakı səfirliyinə təhvil veriləcəklər", - deyə Kazimi Qummi bildirib.

İranın 5 diplomatı 2007-ci il yanvarın 11-də İraqın Ərbil şəhərində ABŞ qüvvələri tərəfindən girov götürülmüşdi.

Xəbər lenti

Xəbər lenti