...

Mahmud Əhmədinejad BMT-nin baş katibindən qanuni borcunu yerinə yetirməyi tələb edib

Siyasət Materials 16 İyul 2009 17:26 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad BMT-nin baş katibi Pan Gi Muna məktub yazaraq, Almaniya məhkəməsində misirli qadının qətlə yetirilməsinə öz mövqeyini bildirməsini istəyib.
Mahmud Əhmədinejad BMT-nin baş katibindən qanuni borcunu yerinə yetirməyi tələb edib

İran Prezidenti Mahmud Əhmədinejad BMT-nin baş katibi Pan Gi Muna məktub yazaraq, Almaniya məhkəməsində misirli qadının qətlə yetirilməsinə öz mövqeyini bildirməsini istəyib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Ümid edirəm ki, bu böyük biabirçılığı törədənlərin cəzalandırılması ilə maraqlanaraq öz qanuni, insanlıq və tarixə düşəcək borcunuzu yerinə yetirəcək və BMT-nin ləyaqətini qoruyacaqsınız", - deyə məktubda Prezident Əhmədinejad vurğulayıb.

Məktubda bildirilir: "BMT-nin baş katibi cənab Pan Gi Mun, hicab geyinən misirli Mərvə Şirinin qətlə yetirilməsi dünya xalqlarını kədərləndirib. Bu qətl hadisəsi Almaniya məhkəməsində baş verib. Əgər insanların hüquqlarını qorumağa borclu olan orqan özü qanunu pozursa, o zaman hüquqdan danışmağa dəyməz. Hicablı qadının öldürülməsi insan haqlarının tapdanması və ifrat irqçilik deyilmi?"

Misirli qadın Almaniya məhkəməsində 4 yaşlı uşağının gözü qarşısında və 3 aylıq hamilə olduğu halda 18 müxtəlif nahiyədən bıçaq yarası alaraq həlak olub. Onu qorumağa çalışan həyat yoldaşı isə polislər tərəfindən açılan atəş nəticəsində bədəninin 3 yerindən yaralanıb. Polislər bunun təsadüf olduğunu bildiriblər.

İyulun 10-da İranın Xarici İşlər Nazirliyi Almaniya səfirini çağıraraq hadisə ilə bağlı etirazını bildirmiş və Almaniyada yaşayan müsəlmanların, milli və dini azlıqların hüquqlarının qorunmasını tələb etmişdi.

Xəbər lenti

Xəbər lenti