...

ATƏT nümayəndəsi Daşkənddə Özbəkistanın beynəlxalq öhdəlikləri yerinə yetirməsini müzakirə edəcək

Siyasət Materials 17 İyul 2009 20:50 (UTC +04:00)
"Gələn həftə Daşkənddə ATƏT-in Demokratik institutlar və insan hüquqları üzrə bürosunun başçısı Yanez Lenarçiç Özbəkistanın demokratiya sahəsini və ATƏT-in Özbəkistan rəhbərliyinə yardım üzrə beynəlxalq öhdəlikləri yerinə yetirməsini müzakirə edəcək", - ATƏT-in rəsmi məlumatında deyilir.
ATƏT nümayəndəsi Daşkənddə Özbəkistanın beynəlxalq öhdəlikləri yerinə yetirməsini müzakirə edəcək

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir Y.Оstapenko /

"Gələn həftə Daşkənddə ATƏT-in Demokratik institutlar və insan hüquqları üzrə bürosunun başçısı Yanez Lenarçiç Özbəkistanın demokratiya sahəsini və ATƏT-in Özbəkistan rəhbərliyinə yardım üzrə beynəlxalq öhdəlikləri yerinə yetirməsini müzakirə edəcək", - ATƏT-in rəsmi məlumatında deyilir.

"ATƏT-in bütün iştirakçı dövlətləri kimi Özbəkistan da insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində bir sıra addımları həyata keçirmək üzrə öhdəliyi öz üzərinə götürüb", - məlumatda bildirilir.

İyulun 20-də başlayacaq ikigünlük səfər zamanı Lenarçiç XİN rəhbəri Vladimir Norov, parlamentin aşağı palatasının spikeri Dilor Taşmuxammedov və İnsan hüquqları üzrə milli mərkəzin direktoru Akmal Saidovla, həmçinin Mərkəzi Seçki Komissiyasının üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Lenarçiç dəyirmi masanın iclasında "Özbəkistanda siyasi və iqtisadi islahatlar" mövzusunda çıxış edəcək.

Özbəkistandan sonra Lenarçiç Qırğızıstana yollanacaq. Orada ATƏT-in Bemokratik institutlar və insan hüquqları üzrə bürosu iyulun 23-də keçiriləcək prezident seçkilərini müşahidə üzrə missiya qurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti