...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 21 İyul 2009 09:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , muxbir A.Axundov / 

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 20-də saat 19.45-dən 19.55-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Vosqepar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti