...

Son məlumatlara görə, seçkilərdə hazırkı Qırğızıstan Prezidentinə 1 milyon 380 mindən çox səs verilib (YENİLƏNİB-5)

Siyasət Materials 24 İyul 2009 16:54 (UTC +04:00)
Son məlumatlara görə, hazırkı Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevə seçkilərdə 1 milyon 380 min 79 nəfər (85,92 faiz) səs verib. Bu barədə Qırğızıstanın Seçkilər və Referendum üzrə Mərkəzi Komissiyası xəbər verir. Məlumatı "24.kg" informasiya agentliyi yayıb.
Son məlumatlara görə, seçkilərdə hazırkı Qırğızıstan Prezidentinə 1 milyon 380 mindən çox səs verilib (YENİLƏNİB-5)

Son məlumatlara görə, hazırkı Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevə seçkilərdə 1 milyon 380 min 79 nəfər (85,92 faiz) səs verib. Bu barədə Qırğızıstanın Seçkilər və Referendum üzrə Mərkəzi Komissiyası xəbər verir. Məlumatı "24.kg" informasiya agentliyi yayıb.

Qeyd edilir ki, 15.00-a qədər 1 635 məntəqədə (70,17 faiz) səsvermənin nəticələri hesablanıb. Ümumilikdə, Qırğızıstan və ondan kənarda seçkilərin keçirilməsi üçün 2 330 seçki məntəqəsi açılıb.

Qırğızıstan MSK-nın məlumatına görə, seçkilərdə ikinci yeri müxalifətin vahid namizədi, Sosial Demokrat Partiyasının lideri Almazbek Atambayev tutur - 7,43 faiz səs. Sonra gələnlər: "Ak-Şumkar" partiyasının lideri Temir Sariyev (2,59 faiz), həkim Jenişbek Nazaraliyev (0,5 faiz), QHT və QKT Koalisiyasının rəhbəri Toktayım Umetaliyeva (0,39 faiz) və "Joomart" hərəkatının lideri Nurlan Motuyev (0,31 faiz səs).

MSK-nın məlumatına görə, "hamısına yox" deyən seçicilərin sayı 1,94 faiz olub.

MSK-dan qeyd olunur ki, seçkilərdə ümumilikdə, respublikada qeydiyyatdan keçmiş 79,38 faiz (2 milyon 301 min 292 nəfər) seçici iştirak edib. Bu məlumatlar hələ dəqiqləşdirilir, ancaq böyük dəyişiklik gözlənilmir.

Xəbər lenti

Xəbər lenti