...

Astanaya gələn Almaniya vətəndaşında A (H1N1) qripi aşkar edilib

Siyasət Materials 27 İyul 2009 10:41 (UTC +04:00)
Astanaya gələn Almaniya vətəndaşında A (H1N1) qripi aşkar edilib

Qazaxıstan, Astana, 27 iyul / Trend , müxbirn K.Konırova /

Bu gün Astanaya gələn Almaniya vətəndaşında "donuz qripi" aşkar edilib, bu barədə Trend -a respublikanın FHN-nin mətbuat xidmətindən bildirilib.

"İyulun 26-da səhər saat 05.00 Dyusseldorfdan "Dyusseldorf-Kiev-Astana" reysinin Astanaya gəlməsindən sonra A(H1N1) pandemiya qripində şübhəli bilinən 21 yaşlı Almaniya vətəndaşından paytaxtın sanitar epidemiya stansiyasının əməkdaşları tərəfindən analiz götürülüb", bu barədə FHN bildirib. 

İdarənin məlumatına əsasən, vaksin vurulduqdan sonra bu gün səhər saat 01:10-da А(H1N1) pandemiya qripi diaqnozu təsdiqlənib.

Xəstə və onunla ünsiyyətdə olanlar (12 uşaq) daimi tibbi müşahidə altındadırlar.

Xəbər lenti

Xəbər lenti