...

Gürcüstanda azərbaycanlılar yaşayan kəndi su basıb

Siyasət Materials 3 Avqust 2009 13:23 (UTC +04:00)
Leysan yağışlarının davam etməsi nəticəsində Gürcüstanın əhalisinin əksəriyyəti azərbaycanlılar olan Qardabani rayonunun Kesalo kəndi və ora yaxın ərazilərdəki minlərlə hektar əkin sahələrini, həyətləri, evlərin birinci mərtəbələrini və tikililəri su basıb.
Gürcüstanda azərbaycanlılar yaşayan kəndi su basıb

Gürcüstan, Tbilisi, 3 avqust / Trend , müxbir N. Kisrxaliya /

Leysan yağışlarının davam etməsi nəticəsində Gürcüstanın əhalisinin əksəriyyəti azərbaycanlılar olan Qardabani rayonunun Kesalo kəndi və ora yaxın ərazilərdəki minlərlə hektar əkin sahələrini, həyətləri, evlərin birinci mərtəbələrini və tikililəri su basıb.  

Kənd sakinləri Gürcüstan hökumətindən təbii hadisənin vurduğu ziyanın əvəzinin ödənilməsini tələb edirlər. Yerli azərbaycanlıların sözlərinə görə, daşqınların səbəbi hökumət tərəfindən kanalların indiyədək təmizlənməməsidir. Kanallar zibillə dolub, ora tökülən su axmağa çıxış tapmır və kəndi su basır.

Kənd sakinlərinin sözlərinə görə, təbii fəlakət nəticəsində yüzlərlə baş mal-qara və quş məhv olub.

Rayon İcra Hakimiyyətinin nümayəndələri kənd sakinlərinə dəymiş ziyanı ödəyəcəklərini bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti