...

Azərbaycan və Gürcüstanın sol partiyaları beynəlxalq təşkilata birgə inteqrasiya edəcəklər

Siyasət Materials 15 Avqust 2009 12:15 (UTC +04:00)
"Partiya təşkilata üzv olmaq üçün çalışır. Bu istiqamətdə artıq danışıqlar aparmışıq. Gürcüstan leyboristləri ilə görüşdə qərara alınıb ki, Beynəlxalq Sosialist İnternasional Təşkilatına üzv olmaq üçün hər iki partiya birgə fəaliyyət göstərsin", - şənbə günü Trend News-a AXSP sədrinin ictimai əlaqələr üzrə müavini Rüstəm Şahsuvarov məlumat verib.
Azərbaycan və Gürcüstanın sol partiyaları beynəlxalq təşkilata birgə inteqrasiya edəcəklər

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) və Gürcüstanın Leyboristlər Partiyası Beynəlxalq Sosialist İnternasional Təşkilatına üzv olmaq üçün birgə fəaliyyət göstərəcək.

"Partiya təşkilata üzv olmaq üçün çalışır. Bu istiqamətdə artıq danışıqlar aparmışıq. Gürcüstan leyboristləri ilə görüşdə qərara alınıb ki, Beynəlxalq Sosialist İnternasional Təşkilatına üzv olmaq üçün hər iki partiya birgə fəaliyyət göstərsin", - şənbə günü Trend -a AXSP sədrinin ictimai əlaqələr üzrə müavini Rüstəm Şahsuvarov məlumat verib.

Trend -un arayışı: Bu ayın əvvəlində AXSP sədri Rövşən Hüseynov Gürcüstanın Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili ilə Tbilisidə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. AXSP ötən ilin oktyabrında təsis edilib.

Beynəlxalq Sosialist İnternasional Təşkilatında dünyanın 200-ə yaxın ölkəsinin siyasi partiyaları təmsil olunur. Azərbaycanın solçu partiyaları arasında yalnız Sosial-Demokrat Partiyası bu təşkilatın üzvüdür.

Şahsuvarovun sözlərinə görə, Azərbaycan Xalq Sosialist Partiyası Gürcüstan leyboristlərinin MDB-nin sol partiyalarının əlaqələndirmə şurasında təmsil olunmaları üçün danışıqlar aparır.

"Yeni yaradılan əlaqələndirmə şurasının ilk iclası sentyabrda Moskvada keçiriləcək. Partiyanın sədri Rövşən Hüseynov iclasda iştirak edəcək. Gürcüstan leyboristləri əlaqələndirmə şurasında təmsil olunmaqda maraqlıdırlar. Şuranın digər təmsilçiləri, həmçinin bizim partiya da onların şuraya qoşulmasını istəyir. Bu istiqamətdə danışıqlar aparırıq və çox güman ki, Gürcüstanın Leyborist Partiyası da əlaqələndirmə şurasına qoşulacaq", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti