...

Azərbaycan YUNESKO-nun baş katibi vəzifəsinə namizədləri nəzərdən keçirir

Siyasət Materials 24 Avqust 2009 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir C.Babayeva /

YUNESKO-nun baş katibi vəzifəsinə öz namizədlərini təqdim etmiş ölkələr dəstək üçün Azərbaycana müraciət ediblər və Bakı hazırda bu namizədləri nəzərdən keçirir. Ekvadordan olan namizəd xanım İvonne A-Baki ilə görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə deyib. Bu barədə Trend -a Azərbaycan XİN-dən məlumat verilib.

Nazir deyib ki, YUNESKO Azərbaycan üçün xüsusi prioritetdir və hazırkı əməkdaşlıq yüksək səviyyədədir. Nazirin sözlərinə görə, son illər ərzində, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri olandan bəri münasibətlər daha da dərinləşib.

İvonna A-Baki nazirə seçkiqabağı platforması barədə məlumat verib və baş katib postuna seçiləcəyi təqdirdə təşkilatın dünyada fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti