...

GUAM-ın MDB ilə oxşar problemləri var – ekspert

Siyasət Materials 10 Sentyabr 2009 15:24 (UTC +04:00)
GUAM təşkilatının (1997-ci ilin oktyabrında Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova respublikalarının yaratdığı regional təşkilat) MDB ilə oxşar problemləri var. MDU-nun postsovet ölkələrinin öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzinin baş direktoru Aleksey Vlasov belə hesab edir.
GUAM-ın MDB ilə oxşar problemləri var – ekspert

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir E.Tarıverdiyeva /

GUAM təşkilatının (1997-ci ilin oktyabrında Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova respublikalarının yaratdığı regional təşkilat) MDB ilə oxşar problemləri var. MDU-nun postsovet ölkələrinin öyrənilməsi üzrə Analitik İnformasiya Mərkəzinin baş direktoru Aleksey Vlasov belə hesab edir.

"Məlum olduğu kimi, GUAM da həm MDB, həm iştirakçı ölkələrin hər biri kimi həmişə uzlaşmayan planların reallaşdırılması üzündən ortaya çıxan problemlərdən əziyyət çəkir", - Trend -a Moskvadan telefonla Vlasov deyib. 

Vlasovun sözlərinə görə, GUAM Rusiyanın "çətiri" altında olmadan yaradılan zaman postsovet məkanında ilk alternativ regional modul idi. GUAM bütün bunlardan başqa, postsovet məkanı təşkilatının yeni modelinin qurulması üzrə tapşırıqları yerinə yetirib, Vlasov hesab edir.

Ekspertin fikrincə, GUAM MDB ilə oxşardır o mənada ki, bu təşkilatların iştirakçıları ortaq məxrəc tapa bilmirlər, bunun çərçivəsində təşkilatların inkişafı daha dinamik və intensiv ola bilərdi, kiməsə qarşı birləşərək dostluq etmək isə müvəqqəti şeydir.

Vlasovun fikrincə, Ukrayna hər şeydən əvvəl GUAM-ın siyasi kontekstini təşkil edirsə, Azərbaycan iqtisadi-energetik layihələri ehtiva edir.

Azərbaycan təşkilatla münasibətdə bərabər siyasət saxlayır, ekspert hesab edir.

"Azərbaycan Prezidenti İlham Əliyev GUAM-ın gələcəyi ilə bağlı səs-küylü və real siyasi faktlara əsaslanmayan bəyanatlar verməyə tələsmir", - Vlasov deyib.

Onun sözlərinə görə, Moldova prezident Voroninin dövründə artıq faktiki olaraq bu təşkilatla əlaqələrin məhdudlaşdırılması istiqamətində addımlar atılıb və yeni rəhbərlik dövründə ölkənin siyasətinin dəyişib-dəyişməyəcəyi hələ məlum deyil.

GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı postsovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan qoşulub, 4 ildən sonra isə təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə birinci sammitdə GUAM-ın beynəlxalq təşkilat elan edilməsi və "GUAM - Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat" adlandırılması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti