Azərbaycan Prezident İlham Əliyev cümə axşamı Ericsson şirkətinin birinci vitse-prezidenti Hans Vestberqi qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Ericsson şirkətinin uzun illər Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olunub, ölkənin informasiya texnologiyaları sahəsindəki inkişafına görə keçmiş sovet ölkələri arasında ön sıralarda olduğu bildirilib. Vurğulanıb ki, bu cür yüksək göstəricilərə dünya miqyasında da nail olmaq üçün Azərbaycanın böyük potensialı var.
Söhbət zamanı Azərbaycan ilə Ericsson şirkəti arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.