...

Azərbaycan vətəndaşı valideynlərindən pul almaq məqsədilə qaçırıldığı haqda yalan uydurub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Sentyabr 2009 15:07 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin və Azərbaycanın Baş Prokurorluğunun birgə məlumatında deyildiyi kimi, istintaq zamanı müəyyən edilib ki, Ağayev dələduzluq yolu ilə valideynlərindən külli miqdarda pul vəsaiti ələ keçirmək məqsədilə sentyabrın 17-də özünə məxsus mobil telefondan bacısı mehriban Ağayevanın telefonuna mesaj göndərərək guya naməlum şəxslər tərəfindən oğurlandığını və azadlğa buraxılması üçün ondan 36.000 ABŞ dolları tələb edildiyini bildirmişdir.
Azərbaycan vətəndaşı valideynlərindən pul almaq məqsədilə qaçırıldığı haqda yalan uydurub (ƏLAVƏ OLUNUB)

Azərbaycan vətəndaşı İlqar Ağayev valideynlərindən 36.000 ABŞ dolları almaq məqsədilə qaçırıldığı haqda yalan uydurub.

Daxili İşlər Nazirliyinin və Azərbaycanın Baş Prokurorluğunun birgə məlumatında deyildiyi kimi, istintaq zamanı müəyyən edilib ki, Ağayev dələduzluq yolu ilə valideynlərindən külli miqdarda pul vəsaiti ələ keçirmək məqsədilə sentyabrın 17-də özünə məxsus mobil telefondan bacısı mehriban Ağayevanın telefonuna mesaj göndərərək guya naməlum şəxslər tərəfindən oğurlandığını və azadlğa buraxılması üçün ondan 36.000 ABŞ dolları tələb edildiyini bildirmişdir.

2009-cu il sentyabrın 18-də Bakı şəhər sakini Səlim Ağayev şikayət ərizəsi ilə Xətai rayonu Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək paytaxtdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olan, 1973-cü ildə anadan olmuş oğlu İlqarın naməlum şəxslər tərəfindən oğurlanması və azadlığa buraxılması müqabilində ailə üzvlərindən 36.000 ABŞ dolları tələb olunması barədə məlumat verib.

Bundan sonra o, sentyabrın 17-dən 20-dək olan müddətdə bacısı Mehriban Ağayevanın mobil telefonuna bir neçə mesaj göndərməklə pulun hazır olub-olmaması ilə maraqlanmışdır. Sentyabrın 20-də bacısı mobil telefonla pulun hazır olduğunu bildirib və lazım olan ünvana birlikdə getməyi təklif edib. Lakin İlqar birlikdə gedəcəkləri halda oğurlandığı şəxslər tərəfindən öldürüləcəyini bəhanə gətirərək bacısının bu təklifini rədd etmişdir. O, yenidən mesaj göndərərək Bakıxanov qəsəbəsi ərazisində 235 saylı marşrut mikroavtobuslarının sonuncu dayanacağında görüşmələrini və onlardan pulu alıb həmin şəxslərə verdikdən sonra evə buraxılacağı barədə məlumat vermişdir.

Həmin gün saat 15-00 radələrində İlqar, bacısı və atası ilə əvvəlcədən müəyyənləşdirdiyi yerdə görüşərək onlardan 30.000 ABŞ dollarını qəbul edib. Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaxalanmış və nömrələri qabaqcadan qeyd edilmiş 30.000 ABŞ dolları məbləğində əskinaslar onun üstündən götürülmüşdür.

Cinayət işi 2009-cu ilin sentyabrın 20-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluzluq etmə) və 296.2-ci (bilə-bilə yalan xəbər vermə) maddələrinə tövsif olunmaqla Ağayev həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək tutulub.

İstintaq zamanı Ağayev ifadələrində guya ayrı-ayrı şəxslərə olan borclarını qaytarmaq məqsədilə belə bir addım atdığını bildirməklə, əslində heç kəs tərəfindən oğurlanmadığını və ondan pul tələb edilmədiyini göstərib.

Hazırda cinayət işi üzrə Xətai rayon prokurorluğunda ibtidai istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti