...

Prezidentin təşəbbüsü ilə parlamentə daxil olan layihədə baş prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi haqda müddəa yoxdur - Aparat rəhbəri

Siyasət Materials 28 Sentyabr 2009 13:06 (UTC +04:00)
“Bu təklif yalnız deputat Qüdrət Həsənquliyev tərəfindən irəli sürülüb və Prezidentin təşəbbüsü ilə parlamentə daxil olan layihə müzakirə olunanda həmin təklifə də baxılacaq”, - bazar ertəsi Trend News-a Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
Prezidentin təşəbbüsü ilə parlamentə daxil olan layihədə baş prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi haqda müddəa yoxdur - Aparat rəhbəri

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin Aparat rəhbəri Prezidentin təşəbbüsü ilə parlamentə daxil olan layihədə baş prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi haqda müddəa olmadığını deyib.

"Bu təklif yalnız deputat Qüdrət Həsənquliyev tərəfindən irəli sürülüb və Prezidentin təşəbbüsü ilə parlamentə daxil olan layihə müzakirə olunanda həmin təklifə də baxılacaq", - bazar ertəsi Trend -a Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Trend -un arayışı: Azərbaycanın müxalifətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin parlamentə təqdim etdiyi layihədə "Prokurorluq haqqında" qanunun 16-cı maddəsinin 2-ci hissəsindən "Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz" cümləsinin çıxarılması təklif olunur.

"Prokurorluq haqqında" qanunda Azərbaycanın baş prokurorunun, hərbi prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun seçilməsi ilə bağlı məhdudiyyət var. Belə ki, bu vəzifələrə eyni şəxsin 5 il müddətinə, yalnız iki dəfə seçilməsi mümkündür.

Aparat rəhbəri baş prokurorun seçilməsinə qoyulan məhdudiyyətin aradan götürülməsini mümkün hesab edir.

"Bizdə prosedur var, əgər cənab prezident razı olarsa, dəyişiklik ediləcək", - Mirzəyev əlavə edib.

Mirzəyev deyib ki, "Prokurorluq haqqında" qanuna təklif olanan əlavə və dəyişiklilər layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gələn həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycanın hazırkı baş prokuroru Zakir Qaralov bu vəzifəyə 2000-ci il aprelin 25-də təsdiqlənib, onun səlahiyyət müddəti gələn il aprelin 25-də başa çatır. Hərbi prokuror Xanlar Vəliyev bu vəzifəyə 2005-ci ilin fevralın 10-da təyin edilib. Naxçıvan Muxtar Respublikasının prokuroru isə Şahverdiyev Səbuhi Zəhmət oğludur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti