...

Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi region ölkələri ilə assosiasiya haqqında müqavilənin imzalanmasına ümid edir

Siyasət Materials 30 Sentyabr 2009 10:40 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətlərində əsas məsələ regionun hər bir ölkəsi ilə assosiasiya haqqında müqaviləyə dair mandatın qəbul edilməsinin müzakirəsidir, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi belə hesab edir.
Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi region ölkələri ilə assosiasiya haqqında müqavilənin imzalanmasına ümid edir

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir E.Ostapenko/

Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətlərində əsas məsələ regionun hər bir ölkəsi ilə assosiasiya haqqında müqaviləyə dair mandatın qəbul edilməsinin müzakirəsidir, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi belə hesab edir.

"Bu kimi müqavilələrin imzalanması kifayət qədər vaxt alacaq, lakin sonunda bizim münasibətlərimiz daha möhkəm və hərtərəfli inkişaf etmiş olacaq", - Semnebi jurnalistlərə çərşənbə axşamı Bakıya gəldikdən sonra bildirib.

Onun sözlərinə əsasən, assosiasiya haqqında müqaviləyə ticarət, azad ticarət zonasının yaradılması, eyni zamanda sərbəst hərəkət məsələləri daxil olacaq, ümumilikdə isə Aİ-nin Cənubi Qafqaz ilə münasibətlərini yeni səviyyəyə çıxaracaq.

"Ümid edirəm ki, müqavilə regionun hər bir ölkəsi ilə imzalanacaq", - Semnebi dəqiq tarixi göstərmədən bildirib.

Aİ-nin Cənubi Qafqaz ölkələri üçün təklifi "Şərq tərəfdaşlığı"nın müxtəlif maddələrindən ibarətdir. "Bu proqram Aİ-nin regiondakı hər bir ölkə ilə münasibətlərinin inkişafını, həmçinin Cənubi Qafqazın mühüm strateji əhəmiyyətini qeyd edir", - o bildirib.

Bakıya birgünlük səfəri zamanı Semnebi Azərbaycanın rəsmi şəxsləri, müstəqil ekspertlər və analitiklər ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti